...

Serj Sarkisyanın inauqurasiya mərasimi ölkə vətəndaşlarına $67 min ABŞ dollarına başa gəlib

Dünya xəbərləri Materials 23 Aprel 2013 15:02 (UTC +04:00)
Serj Sarkisyanın inauqurasiya mərasimi Ermənistan vətəndaşlarına 28 milyon drama (67 min ABŞ dollarına) başa gəlib.
Serj Sarkisyanın inauqurasiya mərasimi ölkə vətəndaşlarına $67 min ABŞ dollarına başa gəlib

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Serj Sarkisyanın inauqurasiya mərasimi Ermənistan vətəndaşlarına 28 milyon drama (67 min ABŞ dollarına) başa gəlib. Trend-in məliumatına görə, bu barədə çərşənbə axşamı "Armenian report" xəbər yayıb.

"Joxovurd" qəzeti aydınlaşdırıb ki, Ermənistan prezidentinin iqamətgahı təkcə xalçanın alınmasına 5 milyon dram, inauqurasiya mərasimində iştirak edən rəsmi nümayəndə heyətlərinin qəbulların təşkili üçün isə 17 milyon dramdan artıq vəsait xərclənib.

Diqqətəlayiq məqamdır ki, həmin gün tədbirlər Artik şəhərində qeydiyyata alınan "Loma sistems" MMC tərəfindən həyata keçirilib.

"Faktiki olaraq, leqitimliyi şübhə altında olan Serj Sarkisyanın dəbdəbəli inauqurasiya mərasimi üçün vergi ödəyiciləri öz ciblərindən böyük pullar xərcləyiblər və Ermənistan əhalisinin 30 faizinin sadəcə yoxsulluq həddindən aşağı səviyyədə olduğu vaxtda baş tutub.

Həmçinin qeyd eləmək lazımdır ki, 28 milyon dram Ermənistanın dövlət büdcəsindən xərclənib. Oliqarxlar tərəfindən xərclənən ianələrin məbləği haqqında isə yalnız güman etmək qalır", - "Joxovurd" qəzeti yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti