...

Türkiyə yeni rabitə peyki buraxıb

Dünya xəbərləri Materials 26 Aprel 2013 15:08 (UTC +04:00)
Bu gün Türkiyə yerli vaxtla saat 7:13-də yeni rabitə peyki buraxıb.
Türkiyə yeni rabitə peyki buraxıb

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir A. Tağıyeva/

Bu gün Türkiyə yerli vaxtla saat 7:13-də yeni rabitə peyki buraxıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin Rabitə Peyki və Kabel Televiziyası Dövlət Komitəsinin və "Türksat" kabel televiziyasının məlumatında deyilir.

Məlumata görə, peyk Çinin "Jiuquan" bazasından buraxılıb.

Ölçüsü 34 santimetr olan TÜRKSAT-3USAT peyki "Türksat" şirkəti və İstanbul Texniki Universiteti tərəfindən istehsal edilib.

Peyk Yerdən 645 kilometrlik məsafədə 3 il ərzində istifadə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti