Azərbaycan, Bakı, 28 aprel /Trend/
İranın Hörmüzqan əyalətində Rixter cədvəli üzrə 4.7 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.
Tehran Universitetinin Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla 16:41-də qeydə alınıb.
Qurbanlar və dağıntılar barədə məlumatlar daxil olmayıb.