...

Tripolidə silahlı kütlə DİN binasına hücum etməyə cəhd göstərib

Dünya xəbərləri Materials 29 Aprel 2013 02:50 (UTC +04:00)
Bazar günü Liviyanın paytaxtı Tripolidə silahlı kütlə Daxili İşlər Nazirliyinin binası və ölkənin dövlət xəbərlər agentliyinə hücum etməklə ələ almağa cəhd göstərib.
Tripolidə silahlı kütlə DİN binasına hücum etməyə cəhd göstərib

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Bazar günü Liviyanın paytaxtı Tripolidə silahlı kütlə Daxili İşlər Nazirliyinin binası və ölkənin dövlət xəbərlər agentliyinə hücum etməklə ələ almağa cəhd göstərib. Bu barədə Trend Reyter agentliyinə istinadən məlumat verir.

Daha əvvəl bildirilir ki, bazar günü təxminən 200 nəfər silahlı Tripolidə Liviya xarici işlər nazirliyinin binasını mühasirəyə alaraq, islahatların keçirilməsi və Müəmmər Qəddafi rejiminin devirilməsində iştirak etmiş keçmiş hərbçilərin işə götürülməsini tələb ediblər.

"Bu hücumlar... bizi təslim olmağa məcbur etməyəcək", - Liviyanın baş naziri Əli Zeydan deyib.

Reyter agentliyinin məlumatına görə, Liviya xarici işlər nazirliyinin binasını mühasirəyə alanlar nazirlikdə və xaricdəki diplomatik nümayəndəliklərdə yüksək vəzifələrdə işləyən Qəddafi rejiminin keçmiş tərəfdarlarının istefasını tələb edib.

Son zamanlar inqilab yaşamış Liviyadakı təhlükəsizlik sahəsində vəziyyət qərb dövlətlərin narahatlığına səbəb olur. Keçən ilin sentyabr ayında terrorçular Benqazidəki ABŞ konsulluğuna hücum edərək həmin ölkənin səfirini öldürmüşlər.

Yanvar ayında Avstraliya, Almaniya, Niderland, Fransa və İsveçrə əcnəbilərə hazırlanan hücumlar haqqında informasiya ilə əlaqədar həmvətənlilərini Benqazini tərk etməyə çağırıblar. Bir sıra qərb dövlətləri, o cümlədən Böyük Britaniya öz vətəndaşlarına Liviyada vəziyyət təhlükəlı olduğu üçün, həmin ölkəyə səfər etməkdən çəkinməyi məsləhət görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti