...

ABŞ bütün ölkələrin nüvə arsenallarının ixtisarına imkan yaratmağa hazırdır

Dünya xəbərləri Materials 20 İyun 2013 00:54 (UTC +04:00)
ABŞ özünün və Rusiyanın nüvə arsenallarının ixtisarını zəruri hesab edir, həmçinin digər ölkələrin silahlarının ixtisarına imkan yaratmağa davam edəcək, Rusiya prezidenti Vladimir Putinin bəyanatını şərh edərək Ağ evin nümayəndəsi Lora Lukas bildirib.
ABŞ bütün ölkələrin nüvə arsenallarının ixtisarına imkan yaratmağa hazırdır

Azərbaycan, Bakı, 20 iyun /Trend/

ABŞ özünün və Rusiyanın nüvə arsenallarının ixtisarını zəruri hesab edir, həmçinin digər ölkələrin silahlarının ixtisarına imkan yaratmağa davam edəcək, Ağ evin nümayəndəsi Lora Lukas Rusiya prezidenti Vladimir Putinin bəyanatını şərh edərək bildirib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Putin bundan öncə bildirib ki, Moskva strateji silahları azaltmaq zərurəti ilə razıdır, lakin hesab edir ki, bunu nüvə klubunun bütün iştirakçıları etməlidir.

"ABŞ və Rusiya hələ ki dünyanın təxminən 90% bütün nüvə silahına malikdir. Biz növbəti addım kimi sonrakı ikitərəfli ixtisarların aparılmasını zəruri hesab edirik", - Lukas deyib.

Bununla belə, onun sözlərinə görə, Vaşinqton digər ölkələri onların nüvə proqramlarında şəffaflığa və təmkinliliyə artıq çağırıb. "Biz gələcəkdə nüvə silahlarının ixtisar prosesinin genişlənilməsinə kömək etmək üçün onlarla işləməyi davam edəcəyik", - Ağ evin nümayəndəsi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti