...

ABŞ Coxar Tsarnayevə rəsmi ittihamı irəli sürüb

Dünya xəbərləri Materials 27 İyun 2013 23:13 (UTC +04:00)
ABŞ hakimiyyəti cümə axşamı Bostonda partlayışların güman edilən təşkilatçısı Coxar Tsarnayevə rəsmi ittihamı irəli sürüb.
ABŞ Coxar Tsarnayevə rəsmi ittihamı irəli sürüb

Azərbaycan, Bakı, 27 iyun /Trend/

ABŞ hakimiyyəti cümə axşamı Bostonda partlayışların güman edilən təşkilatçısı Coxar Tsarnayevə rəsmi ittihamı irəli sürüb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Boston federal prokurorluğu bildirib ki, Tsarnayev dörd nəfərin qətlində və kütləvi qırğın silahından istifadə edilmədə ittiham edilir. Cəmi ona 30 bənd üzrə ittihamlar irəli sürülüb.

Xatırladaq ki, Bostonda baş vermiş partlayışda 3 nəfər ölüb, 250 insan yaralanıb. Teraktın təşkilində Coxar Tsarnayevdən başqa onun 19 apreldə polislə atışma zamanı həlak olmuş qardaşı Tamerlan da şübhəli bilinir.

Xəbər lenti

Xəbər lenti