...

KXDR Cənubi Koreya ilə sərhəddə təkmilləşdirilmiş artilleriyasını yerləşdirir

Dünya xəbərləri Materials 30 İyun 2013 14:47 (UTC +04:00)
Şimali Koreyanın hərbçiləri Cənubi Koreya ilə sərhəddə təkmilləşdirilmiş artileriya toplarının yerləşdirilməsinə başlayıblar.
KXDR Cənubi Koreya ilə sərhəddə təkmilləşdirilmiş artilleriyasını yerləşdirir

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Şimali Koreyanın hərbçiləri Cənubi Koreya ilə sərhəddə təkmilləşdirilmiş artileriya toplarının yerləşdirilməsinə başlayıblar. Bu barədə Trend Cənubi Koreyanın RİA Novosti agentliyinə istinadən məlumat verir.

Güman edilir ki, Şimali Koreya Cənubi Koreya ilə sərhəddə üç müxtəlif kalibrli yaylım atəşli reaktiv sistemlərinə (YARS) malikdir: 107 millimetr, 122 millimetr və 240 millimetr.

Mənbənin məlumatına görə, Şimali Koreyanın hərbi qulluqçuları 107 millimetr kalibrli YARS-ı təkmilləşdirilmiş 240 millimetr kalibrli sistemlə əvəzetməsinə başlayıblar. Bununla yanaşı yeni sistemin hərəkət radiusu 60 kilometrdən 70 kilometrə qədər artırılıb.

"Biz müəyyən etdik ki, Şimali Koreya şimal və şərq cəbhə xətlərindəki bir sıra hərbi bölmələrində 240 millimetr kalibrli təkmilləşdirilmiş YARS-ın yerləşdirilməsini həyata keçirir", - agentliyin mənbəsi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti