...

Yerevanda icbari pensiya yığım sistemi əleyhinə yürüş keçirilir

Dünya xəbərləri Materials 6 Fevral 2014 14:43 (UTC +04:00)
"Mən əleyhinəyəm" vətəndaş hərəkatı bu gün Yerevanda icbari pensiya yığım sisteminə qarşı etiraz yürüşü keçirir.
Yerevanda icbari pensiya yığım sistemi əleyhinə yürüş keçirilir

Azərbaycan, Bakı, 6 fevral /Trend/

"Mən əleyhinəyəm" vətəndaş hərəkatı bu gün Yerevanda icbari pensiya yığım sisteminə qarşı etiraz yürüşü keçirir.

Trend-in cümə axşamı tert.am-a istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları "Pensiya yığımları haqqında" qanunun bəzi müddəalarının fəaliyyətini dayandıran Konstitusiya Məhkəməsinin qərarını icra etməyi tələb edirlər.

Onların digər tələbi isə dövlət qurumlarında çalışanları əməkhaqlarından yığım fondlarına məcburi ödəniş etməyə sövq etməməkdir.

Qeyd edək ki, 2014-cü il yanvarın 1-də Ermənistanda pensiya yığım sisteminin icbari komponenti tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti