...

İraqın şimalında partlayış baş verib, 5 nəfər ölüb

Dünya xəbərləri Materials 7 Fevral 2014 15:09 (UTC +04:00)
Bu gün İraqın şimalındakı Tuz Xurmatu şəhərində baş verən güclü partlayışda beş nəfər həlak olub, 21 nəfər xəsarət alıb.
İraqın şimalında partlayış baş verib, 5 nəfər ölüb

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Bu gün İraqın şimalındakı Tuz Xurmatu şəhərində baş verən güclü partlayışda beş nəfər həlak olub, 21 nəfər xəsarət alıb.

İntiharçı-terrorçu minalanmış avtomobildə özünü məşhur bazarın yaxınlığındakı şəhər hospitalının divarları yanında partladıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS İraqın "Əs-Sumariyyə" telekanalına istinadən xəbər verib.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Hələlik terrorçu qruplardan heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti