...

Türkiyə təyyarəsini ələ keçirmiş şəxs zərərsizləşdirilib (ƏLAVƏ OLUNUB-3)

Dünya xəbərləri Materials 7 Fevral 2014 21:48 (UTC +04:00)
Türkiyə təyyarəsini ələ keçirmiş şəxs zərərsizləşdirilib.
Türkiyə təyyarəsini ələ keçirmiş şəxs zərərsizləşdirilib (ƏLAVƏ OLUNUB-3)

Azərbaycan, Bakı, 7 fevral /Trend /

Türkiyə təyyarəsini ələ keçirmiş şəxs zərərsizləşdirilib. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən cümə günü məlumat verir.

Təyyarə komandiri İlyas Karagüllənin sözlərinə görə, təyyarə sərnişinlərindən heç kim xəsarət almayıb.

Bundan öncə bildirilib ki, Türkiyədən "Peqasus" hava yollarına məxsus və Xarkov-İstanbul reysini həyata keçirən təyyarədən qaçırılması barədə siqnal verilib.

Təyyarəni ələ keçirən şəxs elan edib ki, onun partlayıcı qurğusu var və o, təyyarəni Soçiyə göndərmək istəyib.

Təyyarə İstanbulun Sabiha Qökçən hava limanında yerə enib. Həmçinin bildirilib ki, türk təyyarəsi F-16 havaya qaldırılıb.

Təyyarənin göyərtəsində 110 sərnişin olub.

Təyyarəni qaçırtmaq istəyən şəxs Ukrayna vətəndaşıdır.

Xəbər lenti

Xəbər lenti