...

Türkiyənin "Xalq Bank"ına yeni baş direktor təyin olunub (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 8 Fevral 2014 11:54 (UTC +04:00)
Türkiyənin "Xalq Bank"ına yeni baş direktor təyin olunub.
Türkiyənin "Xalq Bank"ına yeni baş direktor təyin olunub (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (Birinci xəbər saat 08.00-da yayılıb)

Azərbaycan, Bakı, 8 fevral / Trend, müxbir R.Hafizoğlu /

Türkiyənin "Xalq Bank"ına yeni baş direktor təyin olunub. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Bankın baş direktor vəzifəsinə, bundan əvvəl bankın idarə heyətinin üzvlərindən biri olan Əli Fuat Taşkəsənlioğlu təyin edilib.

Xatırladaq ki, dekabrın 17-də İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla onlarla insan saxlanılıb.

Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var. "Xalq Bank"ın ofisində axtarış aparılıb.

Məlumata əsasən, həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti