...

Yaponiyada güclü qar 13 nəfərin həyatına son qoyub, təxminən 1700 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 10 Fevral 2014 13:40 (UTC +04:00)
Yaponiyanın mərkəzində son bir neçə onillik ərzində ən güclqü qar yığması səbəbindən ölənlərin sayı 13 nəfərə çatıb, təxminən 1700 nəfər xəsarət alıb.
Yaponiyada güclü qar 13 nəfərin həyatına son qoyub, təxminən 1700 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Yaponiyanın mərkəzində son bir neçə onillik ərzində ən güclqü qar yığması səbəbindən ölənlərin sayı 13 nəfərə çatıb, təxminən 1700 nəfər xəsarət alıb.

Trend-in bazar ertəsi RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ən çox xəsarət alan Kanaqava prefekturasında qeydə alınıb. Tokioda 200-dən artıq insan sürüşkən yolda yıxılaraq xəsarət alıb.

Paytaxtın bəzi rayonlarında qar örtüyünün hündürlüyü 27 santimetrə çatıb ki, bu da 45 il ərzində rekord hesab edilir.

Mütəxəssislər qeyd edirlər ki, bu, Tokioda 1969-cu ildən etibarən sayca üçüncü güclü qar yağıntısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti