...

Əlcəzairdə qəzaya uğrayan təyyarənin "qara qutu"su tapılıb

Dünya xəbərləri Materials 13 Fevral 2014 05:39 (UTC +04:00)
Axtarış xidmətləri Əlcəzairin Hərbi Hava Qüvvələrinin çərşənbə axşamı qəzaya uğramış hərbi-nəqliyyat təyyarəsinin "qara qutusu"nu tapıblar.
Əlcəzairdə qəzaya uğrayan təyyarənin "qara qutu"su tapılıb

Azərbaycan, Bakı, 13 fevral /Trend /

Axtarış xidmətləri Əlcəzairin Hərbi Hava Qüvvələrinin çərşənbə axşamı qəzaya uğramış hərbi-nəqliyyat təyyarəsinin "qara qutusu"nu tapıblar. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Əlcəzairin APS informasiya agentliyi məlumat verir.

"Təyyarəçilərin son danışıqları yazılmış qutu normal vəziyyətdədir", - qəzanın araşdırılması üzrə komissiyanın nümayəndəsi agentliyə bildirib.

Komissiyanın məlumatına görə, artıq qəza səbəblərinin ilk fərziyəsi və baş vermiş hadisənin ssenarisi müəyyənləşir. Xüsusən, bildirilir ki, təyyarə pis görüntü və güclü şiddətli külək şəraitində dağ zirvəsinə toxuna bilərdi, bununla da maşın "burnu üstə" yerə yıxılıb.

S-130 "Herkules" hərbi-nəqliyyat təyyarəsi çərşənbə axşamı Umm El-Buaji əyalətinin Fertas dağ massivində qəzaya uğrayıb. Təyyarə ölkənin cənubundakı Tamanrassetadan şimal-şərqdəki Konstantin şəhərinə həftəlik reysləri yerinə yetirib. "Herkules" Əlcəzair hərbçilərini və onların ailələri daşıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti