...

Venesuela paytaxtında kütləvi etiraz aksiyalarında üç nəfər həlak olub

Dünya xəbərləri Materials 13 Fevral 2014 11:50 (UTC +04:00)
Venesuelanın paytaxtı Karakasda hökumət əleyhinə keçirilən etiraz aksiyalarında ən azı üç nəfər həlak olub, 26 nəfər yaralanıb.
Venesuela paytaxtında kütləvi etiraz aksiyalarında üç nəfər həlak olub

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Venesuelanın paytaxtı Karakasda hökumət əleyhinə keçirilən etiraz aksiyalarında ən azı üç nəfər həlak olub, 26 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "İnterfaks" EFE agentliyinə istinadən xəbər yayıb.

Azı 30 nümayişçi saxlanılıb, onların arasında bir neçə jurnalist də var.

Venesuela Prezidenti Nikolas Maduro milli televiziyanın efirində ölkədə dövlət çevrilişinə yol verilməyəcəyini bəyan edib.

EFE xəbər verir ki, əhali iqtisadi problemlərin artmasından narahatdır. 2013-cü il ərzində ölkədə inflyasiyanın səviyyəsi 50 faizi ötüb, ölkə əhalisi korrupsiyanın baş alıb getdiyindən danışır. Bundan başqa, nümayişçilər hakimiyyətdən cinayətkarlığa qarşı tədbirlər görülməsini və əvvəl saxlanılan nümayişçilərin azad edilməsini tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti