...

Braziliyada kütləvi etiraz aksiyaları iğtişaşlarla yekunlaşıb

Dünya xəbərləri Materials 13 Fevral 2014 14:49 (UTC +04:00)
Braziliya paytaxtında "Torpaqsız kəndlilər" hərəkatının üzvlərinin keçirdiyi nümayiş polislə toqquşmalarla yekunlaşıb.
Braziliyada kütləvi etiraz aksiyaları iğtişaşlarla yekunlaşıb

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Braziliya paytaxtında "Torpaqsız kəndlilər" hərəkatının üzvlərinin keçirdiyi nümayiş polislə toqquşmalarla yekunlaşıb. Trend-in cümə axşamı "İnterfaks"a istinadən verdiyi məlumata görə, iğtişaşlar nəticəsində ən azı 30 asayiş keşikçisi xəsarət alıb, 8-i isə xəstəxanaya yerləşdirilib.

Etirazçılardan iki nəfərin xəsarət aldığı aksiyalarda 15 minə yaxın insan iştirak edib. Aksiya iştirakçıları hökumətdən aqrar islahatların keçirilməsini tələb edirlər.

1984-cü ildə yaradılan "Torpaqsız kəndlilər" hərəkatı Braziliyada ən iri və nüfuzlu təşkilatlardan biridir. Təşkilatın 1,5 milyona yaxın üzvü var. Hərəkatın məqsədi braziliyalılara torpaq paylarının verilməsinə nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti