...

170 mindən çox Ermənistan vətəndaşının Rusiyaya girişi qadağan edilə bilər

Dünya xəbərləri Materials 14 Fevral 2014 17:57 (UTC +04:00)
Rusiya ərazisində yaşayan 170 mindən çox Ermənistan vətəndaşı risk qrupuna daxildir. Yeni miqrasiya qaydalarına əsasən, onlar üçün Rusiyaya giriş 3 il müddətinə qadağan olunacaq.
170 mindən çox Ermənistan vətəndaşının Rusiyaya girişi qadağan edilə bilər

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Rusiya ərazisində yaşayan 170 mindən çox Ermənistan vətəndaşı risk qrupuna daxildir. Yeni miqrasiya qaydalarına əsasən, onlar üçün Rusiyaya giriş 3 il müddətinə qadağan olunacaq.

Trend-in cümə günü REGNUM İA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Ermənistandakı səfirliyinin əməkdaşı Svetlana Stepanova deyib.

Onun sözlərinə görə, həmin vətəndaşlar miqrasiya qanunvericiliyini pozub: "Bu, deportasiya deyil, ayrıca qərardır. Bu barədə qərar məhkəmə və ya yerli miqrasiya xidməti səviyyəsində qəbul edilir".

S.Stepanova qeyd edib ki, 2013-cü ildə 24 min Ermənistan vətəndaşının Rusiyaya girişi qadağan edilib, bununla da belə vətəndaşların sayı 31,5 min nəfərə çatıb: "2013-cü ildə 670 min Ermənistan vətəndaşı Rusiyaya gəlib. Bu da 2012-ci ilin göstəricisini (540 min) 20 faiz üstələyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti