...

Pakistanın şimal-qərbində raket-bomba zərbələrinin endirilməsi nəticəsində 15 yaraqlı məhv edilib

Dünya xəbərləri Materials 20 Fevral 2014 13:58 (UTC +04:00)
Pakistan Hərbi Hava Qüvvələrinin ölkənin şimal-qərbində Əfqanıstanla sərhəddəki "tayfalar zonası" adlandırılan ərazidə həyata keçirdiyi xüsusi əməliyyatlar nəticəsində ən azı 15 döyüşçü öldürülüb, onlarla adam yaralanıb.
Pakistanın şimal-qərbində raket-bomba zərbələrinin endirilməsi nəticəsində 15 yaraqlı məhv edilib

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Pakistan Hərbi Hava Qüvvələrinin ölkənin şimal-qərbində Əfqanıstanla sərhəddəki "tayfalar zonası" adlandırılan ərazidə həyata keçirdiyi xüsusi əməliyyatlar nəticəsində ən azı 15 döyüşçü öldürülüb, onlarla adam yaralanıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS agentliyi "Doon" qəzetinə istinadən xəbər yayıb.

Xatırladaq ki, yanvarın 21-27-də hökumət qüvvələrinin təyyarə və helikopterlərinin "Təhriki-taliban Pakistan" hərəkatının yaraqlılarının cəmləşdikləri rayona raket-bomba zərbələri endirməsi nəticəsində 40-a yaxın adam öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti