...

Ukrayna müxalifəti Timoşenkonun azad edilməsini tələb edir

Dünya xəbərləri Materials 21 Fevral 2014 12:59 (UTC +04:00)
Ukrayna müxalifəti cümə günü Ali Radanın hazırda həbsdə olan sabiq Baş nazir Yuliya Timoşenkonun azadlığa buraxılması məsələsinə baxmasını tələb edir.
Ukrayna müxalifəti Timoşenkonun azad edilməsini tələb edir

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Ukrayna müxalifəti cümə günü Ali Radanın hazırda həbsdə olan sabiq Baş nazir Yuliya Timoşenkonun azadlığa buraxılması məsələsinə baxmasını tələb edir. Bunu "Batkivşina" müxalifət fraksiyasının lideri Arseniy Yatsenyuk parlamentdə çıxışında bildirib. Trend-in məlumatına görə, xəbəri Rusiya KİV-i yayıb.

Arseniy Yatsenyuk bəyan edib ki, müxalifət Ukrayna Konstitusiyasının 2004-cü il redaksiyasına qayıdışı haqqında məsələdən başqa, ölkənin böhrandan çıxmasına kömək edə biləcək digər məsələlərə də baxılmasını tələb edir. "Və biz Yuliya Timoşenkonun azadlığa buraxılmasında israr edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti