...

Pakistanın baş naziri İrana səfər edəcək

Dünya xəbərləri Materials 26 Fevral 2014 02:30 (UTC +04:00)
Pakistanın baş naziri Nəvaz Şərif yaxın iki ay ərzində İrana səfər edəcək.
Pakistanın baş naziri İrana səfər edəcək

Azərbaycan, Bakı, 26 fevral / Trend /

Pakistanın baş naziri Nəvaz Şərif yaxın iki ay ərzində İrana səfər edəcək.

Trend İRNA agentliyinə istinadən bu barədə Pakistanın Tehrandakı səfiri Nur Məhəmməd Cədmani bazar ertəsi deyib.

Onun sözlərinə görə, səfər zamanı baş nazir İmam Rzanın Müqəddəs Məbədini ziyarəti edəcək.

O, əlavə edib ki, səfərin dəqiq tarixi hələlik müəyyən olunmayıb.

Beş İran sərhədçilərinin oğurlanması ilə əlaqədar son hadisələri şərh edərkən Cədmani bildirib ki, Pakistanın onların olduğu yer barədə heç bir məlumatı yoxdur.

İranın Sistan və Bəlucistan sərhədyanı vilayətində fevralın 6-da oğurlanmış beş İran sərhədçiləri Pakistan ərazisinə keçirtiliblər. Oğurlanmaya görə məsuliyyəti "Ceyş-ül-ədl" qruplaşması öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti