...

Rəsmi statistika: Ermənistan əhalisi aclıq həddindədir

Dünya xəbərləri Materials 26 Fevral 2014 11:01 (UTC +04:00)
Məruzədə ölkə əhalisinin istifadə etdiyi qida məhsullarının bir günlük enerjisi haqqında məlumatlar da yer alıb.
Rəsmi statistika: Ermənistan əhalisi aclıq həddindədir

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Ermənistan xalqı tam aclıq çəkir. Hər halda belə nəticə rəsmi məlumatlardan irəli gəlir. Ermənistan Milli Statistika Xidməti (MSX) bu yaxınlarda "Yoxsulluq və ərzaq təminatı, 2013-cü ilin yanvar-sentyabr ayları" adlı məruzə dərc edib. Məruzədə ölkə əhalisinin istifadə etdiyi qida məhsullarının bir günlük enerjisi haqqında məlumatlar da yer alıb. Trend-in məlumatına görə, bu barədə "news.am" yazır.

Məlum olub ki, 2012-ci ildə (keçən il ərzində məlumatlar hələ hazırlanmayıb) Ermənistan sakinləri tərəfindən istifadə edilmiş qida məhsullarının birgünlük orta enerjisi cəmi 2169 kilokolori təşkil edib. Minimal istehlak səbətinin ərzaq dəstinə əsasən, adambaşına birgünlük norma 2232 kilokolori təşkil edir. Yəni faktiki göstərici normadan 63 kilokolori az və ya 97,2 faiz təşkil edir.

Müəllif yazır: "Xatırladaq ki, səbətin məhsul dəstinin özü açıq-aşkar kiçikdir. Əvvəla, birgünlük istehlak enerjisi adi aclığa yaxındır, ikincisi, dəstin strukturunda ciddi nisbətsizlik var. Belə çıxır ki, ölkədə hətta kasıb istehlak norması təmin olunmur".

Müəllifin sözlərinə görə, belə bir fikir mövcuddur ki, paytaxtda həyat əyalətdəkindən daha yaxşıdır. Lakin, elə həmin rəsmi məlumatlara görə, Yerevanda birgünlük enerji orta hesabla ölkə üzrə olan göstəricidən 28 kilokolori geri qalır. Yəni yerevanlılar təkcə aclıq həddini tarazlamırlar, həm də ciddi pəhrizdədirlər. Periferiyada ən pis göstərici norma ilə minus 183 kilokolori fərqlə Armavir vilayəti üzrədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti