...

Rusiyada MDB vətəndaşları üçün vətəndaşlığın alınması prosedurunun sadələşdirilməsi təklif edilir

Dünya xəbərləri Materials 26 Fevral 2014 12:10 (UTC +04:00)
Dövlət Dumasında milliyyətindən asılı olmayaraq bütün arzu edən MDB ölkələri vətəndaşları üçün Rusiya vətəndaşlığının sadələşdirilmiş rejimdə verilməsi təklif olunub.
Rusiyada MDB vətəndaşları üçün vətəndaşlığın alınması prosedurunun sadələşdirilməsi təklif edilir

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Dövlət Dumasında milliyyətindən asılı olmayaraq bütün arzu edən MDB ölkələri vətəndaşları üçün Rusiya vətəndaşlığının sadələşdirilmiş rejimdə verilməsi təklif olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "İnterfaks" xəbər yayıb.

Təşəbbüsün müəllifi, RFKP-dan deputat İvan Nikitçuk agentliyə bildirib: "Biz "RF vətəndaşlığı haqqında" qanuna MDB ölkələrinin bütün vətəndaşları üçün vətəndaşlığa sadələşdirilmiş qəbulu nəzərdə tutan dəyişiklik olunmasını təklif edirik".

Müvafiq qanun layihəsi çərşənbə axşamı Aşağı Palatanın qanun layihələri bazasında qeydiyyata alınıb.

Nikitçuk bildirib: "Biz hamımız bir yerdə yaşayırıq, bir ölkəmiz var, bizim rusları, moldavanları, özbəkləri və ukraynalıların ayırmağımıza ehtiyac yoxdur. Onlar bizim qardaşlarımızdır. Rusiya böyük ölkədir, hamıya yer çatar".

Xatırladaq ki, bazar ertəsi Ukrayna vətəndaşları ilə bağlı belə bir təşəbbüslə RLDP-dən deputat İlya Drozdov da çıxış etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti