...

Taner Yıldız: Ukraynadakı vəziyyət Türkiyənin qaz idxalına mane olmayacaq

Dünya xəbərləri Materials 27 Fevral 2014 13:33 (UTC +04:00)
Ukraynadakı qeyri-stabil siyasi vəziyyət Türkiyənin qaz idxalına mane olmayacaq.
Taner Yıldız: Ukraynadakı vəziyyət Türkiyənin qaz idxalına mane olmayacaq

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir R.Hafizoğlu/

Ukraynadakı qeyri-stabil siyasi vəziyyət Türkiyənin qaz idxalına mane olmayacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərin suallarını cavablandırarkən Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib, xəbəri "TRT Haber" telekanalı yayıb.

Nazirin sözlərinə görə, rəsmi Ankara ümid edir ki, Ukrayna ərazisi vasitəsilə qaz ixrac edən Rusiyanın Qazprom şirkəti digər ölkələrə də qaz ixracını dayandırmayacaq.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları nəticəsində Prezident Viktor Yanukoviç hakimiyyətdən kənarlaşdırılıb. Hazırda yeni hökumətin formalaşması işi aparılır və növbədəkənar seçkilərin keçirilməsinə hazırlıq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti