...

Kiyev Yanukoviçin RF-də olduğunun təsdiqindən sonra onun ekstradisiya proseduruna başlayıb

Dünya xəbərləri Materials 28 Fevral 2014 23:51 (UTC +04:00)
Ukrayna Baş prokurorluğu Viktor Yanukoviçin RF ərazisində olduğunun təsdiqindən sonra cinayət araşdırılması ilə bağlı ekstradisiya proseduruna başlayıb.
Kiyev Yanukoviçin RF-də olduğunun təsdiqindən sonra onun ekstradisiya proseduruna başlayıb

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Ukrayna Baş prokurorluğu Viktor Yanukoviçin RF ərazisində olduğunun təsdiqindən sonra cinayət araşdırılması ilə bağlı ekstradisiya proseduruna başlayıb. Trend Ria Novosti agentliyinə istinadən bu barədə Ukrayna nəzarət idarəsi cümə günü məlumat verir.

"Ukrayna vətəndaşı Viktor Yanukoviç tərəfindən Rostov-na-Donu şəhərində mətbuat konfransın keçirilməsi, onun Rusiya Federasiyası ərazisində olması faktı rəsmən təsdiqlənir. Ona görə də Baş prokurorluq Moskvaya müraciətindən sonra yaxın vaxtlarda RF Baş prokurorluğundan müsbət cavabın almasını gözləyir", - prokurorluğun məlumatında deyilir.

Bundan öncə Ukrayna Baş prokurorluğun istintaq baş idarəsi tərəfindən Yanukoviçə qəsdən adamöldürmənin təşkilində, eləcə də hakimiyyət və vəzifə səlahiyyətlərini aşmaqda şübhələri barədə elan edilib.

Xəbər lenti

Xəbər lenti