...

Qəzet: Ermənistanda xarici sərmayələrin həcmi kəskin şəkildə azalıb

Dünya xəbərləri Materials 1 Aprel 2014 11:06 (UTC +04:00)
Ermənistanda xarici sərmayələrin həcmi kəskin şəkildə aşağı düşür. Ölkədə dərc olunan "Joxovurd" qəzetinə məlum olub ki, 2013-cü il ərzində respublikaya 4 milyon 692 min dollar məbləğində birbaşa xarici investisiya daxil olub ki, bu da 2012-ci illə müqayisədə 35,3 faiz azdır.
Qəzet: Ermənistanda xarici sərmayələrin həcmi kəskin şəkildə azalıb

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Ermənistanda xarici sərmayələrin həcmi kəskin şəkildə aşağı düşür. Ölkədə dərc olunan "Joxovurd" qəzetinə məlum olub ki, 2013-cü il ərzində respublikaya 4 milyon 692 min dollar məbləğində birbaşa xarici investisiya daxil olub ki, bu da 2012-ci illə müqayisədə 35,3 faiz azdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "tert.am" saytı yazıb.

Qeyd edək ki, 2013-cü ildə birbaşa investisiyaların göstəriciləri Baş nazir Tiqran Sarkisyanın hakimiyyətdə olduğu bütün illər ərzində ən aşağı həddə olub. Bu cür göstəricilər hətta dünya maliyyə böhranı dövründə belə qeydə alınmayıb: 2009-cu ildə ölkəyə yatırılan sərmayələrin həcmi 25,8 faiz azalıb.

Qəzet yazır: "Həmçinin belə bir fakt diqqətəlayiqdir ki, Ermənistanın strateji və iqtisadi tərəfdaşı hesab edilən dövlətlərin də ölkəyə investisiyaları azalıb (Rusiya - 33,6 faiz, Fransa - 57 faiz, Almaniya - 54 faiz və ABŞ - 34,6 faiz azalma)".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti