...

Ukrayna parlamenti ölkənin güc strukturlarına qanunsuz birləşmələri tərk-silah etməyi tapşırıb

Dünya xəbərləri Materials 1 Aprel 2014 14:02 (UTC +04:00)
Ukrayna Ali Radası "Ukraynada qanunsuz silahlı birləşmələrin dərhal tərk-silah edilməsi haqqında" qərar qəbul edib.
Ukrayna parlamenti ölkənin güc strukturlarına qanunsuz birləşmələri tərk-silah etməyi tapşırıb

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Ukrayna Ali Radası "Ukraynada qanunsuz silahlı birləşmələrin dərhal tərk-silah edilməsi haqqında" qərar qəbul edib.

Trend-in çərşənbə axşamı UNİAN-a istinadən verdiyi məlumata görə, qərarın lehinə 256 deputat səs verib.

Qərarda qeyd edilir ki, ölkədə yaranmış fövqəladə ictimai-siyasi vəziyyət, kriminal vəziyyətin gərginləşməsi, xarici vətəndaşların ölkədə sistemli təxribatları ilə əlaqədar Daxili İşlər Nazirliyi və Ukrayna Təhlükəsizlik Xidmətinə qanunsuz silahlı birləşmələri və qanunsuz silah daşıyan ayrı-ayrı vətəndaşları tərk-silah etmək tapşırılsın.

Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti