...

Ukrayna parlamenti təlimlərin keçirilməsi üçün xarici hərbçilərin ölkəyə girişinə icazə verib

Dünya xəbərləri Materials 1 Aprel 2014 14:52 (UTC +04:00)
Ukrayna Ali Radası "Çoxmillətli təlimlərdə iştirak etmək üçün 2014-cü ildə digər dövlətlərin Silahlı Qüvvələrinin bölmələrinin Ukrayna ərazisinə girişi haqqında Ukrayna Prezidentinin qərarının təsdiqi haqqında" qanun layihəsini qəbul edib.
Ukrayna parlamenti təlimlərin keçirilməsi üçün xarici hərbçilərin ölkəyə girişinə icazə verib

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Ukrayna Ali Radası "Çoxmillətli təlimlərdə iştirak etmək üçün 2014-cü ildə digər dövlətlərin Silahlı Qüvvələrinin bölmələrinin Ukrayna ərazisinə girişi haqqında Ukrayna Prezidentinin qərarının təsdiqi haqqında" qanun layihəsini qəbul edib.

Trend-in çərşənbə axşamı "Ukrinform"a istinadən verdiyi məlumata görə, 235 depuatat qərarın lehinə səs verib.

Ukrayna daxili işlər nazirinin səlahiyyətlərini icra edən Mixail Koval deyib ki, təlimlər ölkənin müdafiə qabiliyyətini gücləndirəcək və müxtəlif ölkələrin Silahlı Qüvvələri arasında əməkdaşlıq və inkişafa xidmət edəcək.

Hərbi təlimlər 2014-cü ilin may-noyabr aylarında Ukraynanın müxtəlif regionlarında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti