...

Çilidə zəlzələdən sonra 300-dən çox cinayətkar həbsxanadan qaçıb

Dünya xəbərləri Materials 2 Aprel 2014 09:48 (UTC +04:00)
Çilinin İkike şəhərində aprelin 1-də axşam baş vermiş güclü zəlzələdən sonra qadın həbsxanasından kütləvi qaçış baş verib.
Çilidə zəlzələdən sonra 300-dən çox cinayətkar həbsxanadan qaçıb

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Çilinin İkike şəhərində aprelin 1-də axşam baş vermiş güclü zəlzələdən sonra qadın həbsxanasından kütləvi qaçış baş verib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi Çilinin daxili işlər naziri Rodriqo Penyaililoya istinadən xəbər yayıb.

DİN-in məlumatına görə, həbsxanadan eyni vaxtda 300-dən artıq dustaq qaçıb. Hakimiyyət hələlik onlardan 16 nəfərini tutmağa nail olub. İlkin məlumatlara görə, islah müəssisəsinin bir hissəsi yeraltı təkanlar zamanı dağılıb ki, bu da kütləvi qaçış üçün şərait yaradıb.

KİV xəbər verir ki, Çilidəki zəlzələ zamanı bir neçə nəfər yüngül xəsarət alıb. Hündür binalara ziyan dəyməyib.

Bir qədər əvvəl hakimiyyət sunami təhlükəsi ilə əlaqədar ölkənin bəzi sahilyanı rayonlarından əhalinin köçürüldüyünü elan edib.

Çilinin Milli Seysmoloji Mərkəzinin dəqiqləşdirilmiş məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti