...

Gürcüstanın Samtsxe-Cavaxeti regionunun erməniləri kütləvi şəkildə Rusiya pasportları alırlar

Dünya xəbərləri Materials 3 Aprel 2014 11:12 (UTC +04:00)
Tbilisidəki Rusiya konsulluğunda (Gürcüstanla diplomatik münasibətlər olmadığından İsveçrə səfirliyinin patronajlığı altında fəaliyyət göstərir) Rusiya pasportları almaq istəyən Gürcüstanın ermənilərin məskunlaşdığı Samtsxe-Cavaxeti regionunun sakinlərinin növbəsi yaranıb.
Gürcüstanın Samtsxe-Cavaxeti regionunun erməniləri kütləvi şəkildə Rusiya pasportları alırlar

Gürcüstan, Tbilisi, 3 aprel /Trend, müxbir N.Kirsxaliya/

Tbilisidəki Rusiya konsulluğunda (Gürcüstanla diplomatik münasibətlər olmadığından İsveçrə səfirliyinin patronajlığı altında fəaliyyət göstərir) Rusiya pasportları almaq istəyən Gürcüstanın ermənilərin məskunlaşdığı Samtsxe-Cavaxeti regionunun sakinlərinin növbəsi yaranıb.

Trend-in müxbiri xəbər verir ki, növbəyə dayanan regionun erməni əsilli sakinləri KİV-lə ünsiyyətdən qaçırlar.

Məlumatlı mənbələrin bildirdiyinə görə, regionun sakinləri qohumlarından Rusiya pasportları və vizalarının verilməsinin sadələşdirildiyini öyrəniblər və Tbilisiyə gəliblər.

Gürcüstanlı ekspertlər qeyd edirlər ki, 2008-ci ildəki hərbi münaqişəyə qədər də Rusiya pasportların verilməsi prosedurunu sadələşdirməyə başlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti