...

Ermənistan müxalifəti dövlət başçısını dəyişməyə nail olmaq niyyətindədir

Dünya xəbərləri Materials 4 Aprel 2014 10:45 (UTC +04:00)
Ermənistanın sabiq Prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi "Erməni Milli Konqresi" Baş nazirin istefasına ölkədə hakimiyyət dəyişikliyi prosesinin birinci mərhələsi kimi baxır.
Ermənistan müxalifəti dövlət başçısını dəyişməyə nail olmaq niyyətindədir

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Ermənistanın sabiq Prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi "Erməni Milli Konqresi" Baş nazirin istefasına ölkədə hakimiyyət dəyişikliyi prosesinin birinci mərhələsi kimi baxır. Trend-in məlumatına görə, bu barədə cümə günü "İnterfaks" xəbər yayıb.

EMK-nin parlament fraksiyasının rəhbəri Levon Zurabyan "Aylur" agentliyinə bildirib: "Hakimiyyət heç vaxt belə zəif olmayıb. Hakimiyyət dəyişikliyini həyata keçirmək üçün indiki kimi əlverişli məqam yoxdur. Hökumətin istefasını hakimiyyət dəyişikliyinin birinci mərhələsi hesab edirəm. Bu andan sonra biz ikinci mərhələyə, yəni prezident Serj Sarkisyanın istefaya vadar edilməsinə keçirik".

Ölkə parlamentinin 4 müxalifət fraksiyası - "Erməni Milli Konqresi", "Çiçəklənən Ermənistan", "İrs" və "Daşnaksutyun" EİF bir müddət əvvəl aprelin 28-də qanunverici orqanın iclasında hökumətə etimadsızlıq rəyi elan edəcəklərini və Baş nazirin istefasını tələb edəcəklərini bəyan etmişdilər. Müxalifət fraksiyaları Baş naziri iqtisadi siyasətin iflasa uğramasında günahlandırır, eləcə də hökumətin icbari yığım sığorta sisteminin tətbiqinə qarşı çıxırlar. Bu fraksiyalar aprelin 28-də bütün sutka boyu etiraz aksiyalarının keçirilməsini planlaşdırıblar.

Zurabyan bəyan edib: "Hökumətin istefası tələbi ilə mitinqlərin təşkili üzrə hazırlıq işləri tam sürətlə gedir. Hakimiyyət anlayır ki, insan axını onları məhv edəcək. Bu səbəbdən S.Sarkisyan Baş naziri istefa ərizəsi yazmağa məcbur edib. Bu addımla hakimiyyət ümumxalq üsyanını yumşaltmağa və misli görünməmiş mitinqlərin keçirilməsinin qarşısını almağa çalışır".

O, həmçinin bəyan edib ki, müxalifətin gələcək fəaliyyət və tədbirlərinin yeganə hədəfi Ermənistan Prezidentinin istefasına nail olmaq olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti