...

Türkiyənin ilk milli qırıcı təyyarəsi 2023-cü ildə istifadəyə veriləcək

Dünya xəbərləri Materials 6 Aprel 2014 15:37 (UTC +04:00)
Türkiyə 2023-cü ildə milli istehsalı olan qırıcı təyyarə buraxmaq niyyətindədir.
Türkiyənin ilk milli qırıcı təyyarəsi 2023-cü ildə istifadəyə veriləcək

Azərbaycan, Bakı, 6 aprel /Trend R. Hafizoğlu /

Türkiyə 2023-cü ildə milli istehsalı olan qırıcı təyyarə buraxmaq niyyətindədir.

Trend "Anadolu" agentliyinə istinadən bu barədə bazar günü xəbər verir.

Agentliyin məlumatına görə, bunu Türkiyənin aerokosmik texnologiyalar üzrə elmi-tədqiqat mərkəzində (TUSA) bildiriblər.

Bundan öncə Türkiyənin aerokosmik texnologiyalar üzrə elmi-tədqiqat mərkəzi (TUSA) "HÜRKUŞ" ilk milli təlim-məşq təyyarəsini hazırlayıb.

Türkiyə müdafiə sənayesinin icraiyyə komitəsi "HÜRKUŞ" ilk milli təlim-məşq təyyarəsinin seriyalı istehsalının başlanması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti