...

Bir neçə saatdan sonra BMT Təhlükəsizlik Şurası Ukrayna üzrə görüşə toplaşacaq

Dünya xəbərləri Materials 14 Aprel 2014 00:32 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə etmək üçün bazar ertəsinə keçən gecə toplaşacaq.
Bir neçə saatdan sonra BMT Təhlükəsizlik Şurası Ukrayna üzrə görüşə toplaşacaq

Azərbaycan, Bakı, 14 aprel /Trend/

BMT Təhlükəsizlik Şurası Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə etmək üçün bazar ertəsinə keçən gecə toplaşacaq. Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə ümumdünya təşkilatındakı mənbə məlumat verib.

"Görüş bu gün saat 20:00 (04:00 Moskva vaxtilə) baş tutacaq ", - mənbə bildirib.

Rusiya XİN-i bundan öncə bildirib ki, "Rusiya tərəfi Ukraynanın cənub-şərqindəki böhranlı vəziyyəti təcili baxılması üçün BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qarşısına çıxarır ".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti