...

Əfqanıstandakı seçkilərdə Abdulla Abdulla hələki irəlidədir

Dünya xəbərləri Materials 14 Aprel 2014 01:25 (UTC +04:00)
Əfqanıstanın Müstəqil seçki komissiyasının məlumatına görə, səsvermənin ilkin nəticələrinə əsasən, prezident seçkisində ölkənin sabiq xarici işlər naziri Abdulla Abdulla liderlik edir.
Əfqanıstandakı seçkilərdə Abdulla Abdulla hələki irəlidədir

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Əfqanıstanın Müstəqil seçki komissiyasının məlumatına görə, səsvermənin ilkin nəticələrinə əsasən, prezident seçkisində ölkənin sabiq xarici işlər naziri Abdulla Abdulla liderlik edir. O, hələlik bülletenlərin 41,9% səs toplayıb. Bu barədə Trend BBC telekanalına istinadən məlumat verir.

Onun ən yaxın rəqibi, sabiq maliyyə naziri Əşrəf Qani hələ ki, 37,6% səs toplayıb.

Komissiyanın sədri vurğulayıb ki, çox güman ki, nəticələr səslərin sayılması zamanı, dəyişəcək.

Əgər səkkiz namizədlərin heç biri səslərin 50%-ni toplaya bilməsə, onda səsvermənin daha bir tur elan olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti