...

İsrail ordusu İordan çayının Qərb sahilindəki Fələstin ərazilərinə blokada rejimini tətbiq edib

Dünya xəbərləri Materials 14 Aprel 2014 03:34 (UTC +04:00)
İsrailin müdafiə ordusu yəhudilərin əsas bayramı sayılan Pesax ilə əlaqədar, aprelin 14-də İordan çayının Qərb sahilindəki Fələstin ərazilərinə 48 saatlıq blokada rejimini tətbiq edib.
İsrail ordusu İordan çayının Qərb sahilindəki Fələstin ərazilərinə blokada rejimini tətbiq edib

Azərbaycan, Bakı, 14 aprel /Trend/

İsrailin müdafiə ordusu yəhudilərin əsas bayramı sayılan Pesax ilə əlaqədar, aprelin 14-də İordan çayının Qərb sahilindəki Fələstin ərazilərinə 48 saatlıq blokada rejimini tətbiq edib. Bu barədə Trend İTAT-TASS agentliyinə istinadən məlumat verir.

Blokadanın tətbiqi barədə qərar yəhudi dövlətinin müdafiə naziri Moşe Yaalon tərəfindən cari vəziyyətin qiymətləndirilməsi üzrə qərargahında məsləhətləşmələrdən sonra qəbul edilib, İsrail KİV-ləri xəbər verirlər.

Blokada rejiminin qüvvədə olduğu müddət ərzində bazar ertəsi yerli vaxtla saat 0:00-dan çərşənbə axşamı saat 23:59-dək Qərb sahildən İsrail ərazisinə fələstinlilər yalnız tibbi və humanitar məsələlərə görə buraxılacaqlar.

Xəbər lenti

Xəbər lenti