...

XİN: İran BMT-dəki elçisinə viza verilməməsinə görə ABŞ-ı məhkəməyə verəcək

Dünya xəbərləri Materials 14 Aprel 2014 04:36 (UTC +04:00)
İran BMT-dəki elçisinə viza verilməməsinə görə ABŞ-ı məhkəməyə vermək niyyətindədir.
XİN: İran BMT-dəki elçisinə viza verilməməsinə görə  ABŞ-ı məhkəməyə verəcək

Azərbaycan, Bakı, 14 aprel / Trend /

İran BMT-dəki elçisinə viza verilməməsinə görə ABŞ-ı məhkəməyə vermək niyyətindədir. Trend İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Mərziyə Əfxəm bildirib.

Onun sözlərinə görə, ABŞ-ın hərəkətləri beynəlxalq hüququ pozur, həmçinin BMT və ABŞ arasında sazişə zidd olaraq gedir.

ABŞ hakimiyyəti hesab edir ki, Əbutalebi 1979-cu ildə Amerikanın İrandakı səfirliyində girovların saxlanılmasında iştirak edib, bundan sonra Vaşinqton Tehranla diplomatik əlaqələri kəsib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti