...

Gürcüstanda 3 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 14 Aprel 2014 08:42 (UTC +04:00)
Gürcüstanda bazar ertəsi səhər 3 bal gücündə zəlzələ baş verib.
Gürcüstanda 3 bal gücündə zəlzələ baş verib

Gürcüstan, Tbilisi, 14 aprel /Trend, müxbir N. Kirtsxalia /

Gürcüstanda bazar ertəsi səhər 3 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, Gürcüstanın seysmoloji mərkəzinin məlumatına görə, 3 bal gücündə zəlzələ yerli vaxtla saat 04:02-də Zalqa şəhərinin 22 kilometr cənubunda qeydə alınıb.

Bu yaşayış məntəqəsi Tbilisinin 75 kilometr cənubi-şərqində yerləşir.

Yeraltı təkanlar təxminən iki kilometr dərinlikdə baş verib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti