...

ATƏT Ukraynadakı vəziyyətlə əlaqədar Daimi Şuranın plandankənar iclasını keçirir

Dünya xəbərləri Materials 14 Aprel 2014 14:22 (UTC +04:00)
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edən İsveçrə səhər Ukraynanın şərqində yaranmış vəziyyəti müzakirə etmək üçün təşkilatın Daimi Şurasının plandankənar iclasının çağırıldığını elan edib.
ATƏT Ukraynadakı vəziyyətlə əlaqədar Daimi Şuranın plandankənar iclasını keçirir

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edən İsveçrə səhər Ukraynanın şərqində yaranmış vəziyyəti müzakirə etmək üçün təşkilatın Daimi Şurasının plandankənar iclasının çağırıldığını elan edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb.

İsveçrə nümayəndə heyətindən bildirilib: "İclas bu gün [yerli vaxtla] saat 16:00-a təyin edilib".

Son bir neçə gün ərzində Ukraynanın şərqində yerləşən Donetsk, Xarkov və Luqansk vilayətlərində federallaşma tərəfdarları mitinqlər keçirərək öz regionlarının statusu haqqında referendumun keçirilməsini tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti