...

Cənubi Koreyada batan gəmidən 368 nəfər xilas edilib, üç nəfər həlak olub

Dünya xəbərləri Materials 16 Aprel 2014 11:25 (UTC +04:00)
Cənubi Koreyanın cənub-qərb sahillərində qəzaya uğrayan bu ölkəyə məxsus "Sevol" sərnişin gəmisində təxminən 370 nəfər xilas edilib.
Cənubi Koreyada batan gəmidən 368 nəfər xilas edilib, üç nəfər həlak olub

Azərbaycan, Bakı, 16 aprel / Trend/

Cənubi Koreyanın cənub-qərb sahillərində qəzaya uğrayan bu ölkəyə məxsus "Sevol" sərnişin gəmisində təxminən 370 nəfər xilas edilib. Üç nəfərin meyiti tapılıb, 107 nəfərin isə taleyi məlum deyil. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü RİA Novosti Renxap agentliyinə istinadən xəbər yayıb.

Bir qədər əvvəl xəbər verilmişdi ki, gəmidən 338 nəfəri, o cümlədən 324 məktəb şagirdini və 14 müəllimi xilas etmək mümkün olub. Eləcə də bir nəfərin həlak olduğu xəbər verilmişdi.

6,8 min tona yaxın su tutumu olan "Sevol" sərnişin gəmisi İnçxon limanı ilə Çedju adası arasında səyahət edir. Gəmi İnçxon limanını çərşənbə axşamı yerli vaxtla saat 21.00-a yaxın tərk edib. Çərşənbə günü saat 08.58-də gəmi fəlakət siqnalı verib və batmağa başlayıb. Hadisə yerinə 7 qəza gəmisi və bir helikopter göndərilib. Ölkə prezidenti Pak Kın Xe insidentin baş verdiyi rayonda bütün mümkün vasitələrin səfərbər edilməsini əmr edib.

Yerli vaxtla saat 12-yə yaxın gəmi tamamilə suyun altına gedib.

Xilasedicilər təxminən iki saat ərzində gəminin göyərtəsindəki adamların hamısının təxliyyə olunmasını hesablasalar da, 107 nəfərin taleyi ilə bağlı hələ heç bir məlumat yoxdur.

Qəzaya uğrayan gəminin göyərtəsində əcnəbi vətəndaşların olmasına dair hələlik heç bir məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti