...

BMT: Pakistanda oğurlanmış YUNİSEF-in əməkdaşları azad ediliblər

Dünya xəbərləri Materials 21 Aprel 2014 23:16 (UTC +04:00)
Pakistanda ötən həftə BMT (YUNİSEF) Uşaq fondunun oğurlanmış iki əməkdaşı azad edilib.
BMT: Pakistanda oğurlanmış YUNİSEF-in əməkdaşları azad ediliblər

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Pakistanda ötən həftə BMT (YUNİSEF) Uşaq fondunun oğurlanmış iki əməkdaşı azad edilib. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.

"İslamabaddakı həmkarlarımız indicə bizə bildirdilər ki, onlar azad ediliblər", - Cüjarrik deyib.

YUNİSEF-in iki pakistanlı əməkdaşı naməlum silahlı şəxslər tərəfindən cümə axşamı pakistanın Kəraçi şəhərində oğurlanıblar. Quldurlar əsirlərin azad olunması üçün heç bir tələb irəli sürməyiblər. İnsidentin araşdırılması ilə Daxili İşlər Nazirliyi məşğul olub.

Fevralda Pakistanda yaraqlılar Ümumdünya səhiyyə təşkilatının üç pakistanlı əməkdaşını oğurlayıblar. Onların taleyi indiyədək məlum deyil.

"Hazırda bizdə bu barədə heç bir məlumat yoxdur", - Cüjarrik deyib.

Xəbər lenti

Xəbər lenti