...

ABŞ Putinə qarşı sanksiyaların tətbiqini hələlik nəzərdən keçirmir

Dünya xəbərləri Materials 22 Aprel 2014 01:55 (UTC +04:00)
ABŞ Ukraynadakı vəziyyətlə bağlı Rusiya Prezidentinə qarşı sanksiyaların tətbiqinin mümkünlüyünü nəzərdən keçirmir.
ABŞ Putinə qarşı sanksiyaların tətbiqini hələlik nəzərdən keçirmir

Azərbaycan, Bakı, 22 aprel /Trend/

ABŞ Ukraynadakı vəziyyətlə bağlı Rusiya Prezidentinə qarşı sanksiyaların tətbiqinin mümkünlüyünü nəzərdən keçirmir. Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Cen Psaki bildirib.

"ABŞ həm ayrı-ayrı insanlara, həm də iqtisadiyyatın sektorları və şirkətlərə qarşı sanksiyalar tətbiq edə bilər. Lakin məqsəd sanksiyalar deyil, deeskalasiyadır", - Psaki "Exo Moskvı" radiosuna Twitter-müsahibəsi zamanı bazar ertəsi yazıb.

Onun bəyanatına görə, ABŞ tərəfindən tətbiq edilən sanksiyalar Ukraynadakı vəziyyətin həllinə kömək edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti