...

Amerikalı senatorlar Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə çağırırlar

Dünya xəbərləri Materials 22 Aprel 2014 12:35 (UTC +04:00)
ABŞ Senatının Beynəlxalq məsələlər komitəsinin üzvləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırırlar. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" xəbər yayıb.
Amerikalı senatorlar Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə çağırırlar

Azərbaycan, Bakı, 22 aprel /Trend/

ABŞ Senatının Beynəlxalq məsələlər komitəsinin üzvləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırırlar. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" xəbər yayıb.

Demokrat senator Kris Merfi bəyan edib: "Hesab edirəm ki, istər Rusiyanın neft-kimya şirkətləri, istərsə də Rusiya bankları barəsində olsun, sanksiyaları sərtləşdirməyin əsl vaxtıdır. Bəli, sanksiyaların sərtləşdirilməsindən Avropa iqtisadiyyatı əziyyət çəkir. Amma onların da irəli çıxmaq vaxtı çatıb".

Öz növbəsində respublikaçı senator Bob Korker bəyan edib: "Nə qədər ki, Rusiya "Ukrayna əhalisini təşvişə salan 40 minlik hərbi qulluqçusunu bu dövlətin sərhədlərindən geri çəkməyə başlamayıb, biz Rusiyanın bir sıra enerji şirkətlərinə və digərlərinə qarşı sanksiyalar tətbiq etməliyik. Hesab edirəm ki, biz banklara zərbə endirməliyik".

Bir müddət əvvəl Prezident Barak Obama bəyan etmişdi ki, ABŞ administrasiyası diplomatik səylərin iflasa uğrayacağı halda Rusiyaya qarşı gələcək addımlara hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti