...

Ermənistanın BMT-dəki nümayəndəsi dəyişdirilib

Dünya xəbərləri Materials 22 Aprel 2014 14:37 (UTC +04:00)
Ermənistanın xarici işlər nazirinin müavini Zoqrab Mnatsakanyan BMT-də nümayəndə təyin edilib.
Ermənistanın BMT-dəki nümayəndəsi dəyişdirilib

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Ermənistanın xarici işlər nazirinin müavini Zoqrab Mnasakanyan bu ölkənin BMT-dəki nümayəndəsi təyin edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "news.am" saytı ölkənin dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər yayıb.

Prezident Serj Sarkisyan Karen Nazaryanın Ermənistanın BMT-dəki daimi nümayəndəsi postundan azad edilməsi barədə qərar qəbul edib.

Prezidentin digər sərəncamı ilə Zoqrab Mnasakanyan Ermənistanın xarici işlər nazirinin müavini vəzifəsindən azad edilərək Ermənistanın BMT-dəki daimi nümayəndəsi təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti