...

İranda benzinin qiyməti 75% artıb

Dünya xəbərləri Materials 25 Aprel 2014 06:27 (UTC +04:00)
İran hökuməti benzinə olan dövlət dotasiyasını ləğv edib, nəticədə yerli vaxtla gecə yarısından yanacağın qiyməti 75% - 16 ABŞ sentdən 28 sentədək bahalaşıb.
İranda benzinin qiyməti 75% artıb

Azərbaycan, Bakı, 25 aprel /Trend/

İran hökuməti benzinə olan dövlət dotasiyasını ləğv edib, nəticədə yerli vaxtla gecə yarısından yanacağın qiyməti 75% - 16 ABŞ sentdən 28 sentədək bahalaşıb. Trend BBC telekanalına istinadən bu barədə məlumat verir.

Müxbirlərin sözlərinə görə, bununla əlaqədar gecə yarısından əvvəl yanacaq doldurma məntəqələrində böyük növbələr yarandı, lakin hakimiyyətin qərarı xalqın narazılıqlarına gətirib çıxarmadı.

Baxmayaraq ki, qiymət artımından sonra İran benzini dünyada ən ucuz sayılsa da, subsidiyaların ləğvi cəmiyyətin aztəminatlı təbəqələrinə zərbə vura bilər.

Ekspertlərin fikrincə, benzin qiymətinin dəyişməsi prezident Həsən Ruhani üçün ciddi sınaq ola bilər, hansı ki, qənaət edilmiş pulları yeni iş yerlərinin yaradılması üçün göndərməyi vəd edib.

Xəbər lenti

Xəbər lenti