...

KİV: Sərxoş sərnişin Baliyə uçan təyyarəni qaçırmağa cəhd göstərib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 25 Aprel 2014 13:36 (UTC +04:00)
Bir az əvvəl qaçırıldığı xəbər verilən "Virgin Australia" aviaşirkətinin sərnişin təyyarəsi İndoneziyanın Bali adasındakı Denpasar beynəlxalq aeroportunda yerə enib.
KİV: Sərxoş sərnişin Baliyə uçan təyyarəni qaçırmağa cəhd göstərib (ƏLAVƏ OLUNUB)

Təfərrütalar əlavə olunub, başlıq dəyişdirilib (Birinci xəbər saat 12:50-də yayımlanıb).

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Bir az əvvəl qaçırıldığı xəbər verilən "Virgin Australia" aviaşirkətinin sərnişin təyyarəsi İndoneziyanın Bali adasındakı Denpasar beynəlxalq aeroportunda yerə enib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Reuters-ə istinadən xəbər yayıb.

Agentliyin məlumatına görə, sərnişinlərdən biri pilotların kabinəsinə soxulmağa cəhd edib. Bundan sonra təyyarədən qaçırılma siqnalı daxil olub. Məlumata görə, sərnişin sərxoş olub. Təyyarə Balidə yerə endikdən sonra o, həbs edilib.

Əvvəllər "Virgin Blue" adı ilə tanınan "Virgin Australia" aviaşirkəti 2000-ci ildə ingilis iş adamı Riçard Brenson tərəfindən yaradılıb. Ötən illər ərzində şirkət "Quantas"dan sonra Avstraliyanın ikinci ən iri aviadaşıyıcısına çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti