...

Naməlum şəxslər Ukraynanın Konstantinovka şəhərinin milis bölməsini ələ keçiriblər

Dünya xəbərləri Materials 28 Aprel 2014 12:19 (UTC +04:00)
Bir qrup naməlum silahlı şəxs Konstantinovkada (Ukraynanın Donetsk vilayəti) milisin binasını ələ keçirib.
Naməlum şəxslər Ukraynanın Konstantinovka şəhərinin milis bölməsini ələ keçiriblər

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Bir qrup naməlum silahlı şəxs Konstantinovkada (Ukraynanın Donetsk vilayəti) milisin binasını ələ keçirib. Trend-in məlumatına görə, xəbəri "İnterfaks-Ukrayna" ТSN telekanalının 1+1 xəbərlər xidmətinə istinadən yayıb.

Məlumata görə, naməlum şəxslər binaya daxil olublar və əməkdaşları işə buraxmırlar. Bununla yanaşı, naməlum şəxslər heç bir tələb irəli sürmürlər.

Yerli KİV-in məlumatına görə, şəhərin İcraiyyə Komitəsinin binasında da silahlı şəxslər gözə dəyir, bununla əlaqədar işçilər binaya daxil olmurlar.

Səlahiyyətli orqanlar hələlik bu məlumatı təsdiqləmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti