...

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirəcək

Dünya xəbərləri Materials 28 Aprel 2014 13:53 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama rəsmi Vaşinqtonun bu gün Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı yeni sanksiyaları açıqlayacağını təsdiq edib.
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirəcək

Azərbaycan, Bakı, 28 aprel /Trend/

ABŞ Prezidenti Barak Obama rəsmi Vaşinqtonun bu gün Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı yeni sanksiyaları açıqlayacağını təsdiq edib.

Trend-in bazar ertəsi RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Obama qeyd edib ki, sanksiyalar özəl şəxslər və şirkətlərə şamil ediləcək: "Sanksiyalar müdafiə sektorunda yüksək texnologiyaların ixracının bəzi sahələrini əhatə edəcək".

O bildirib ki, sanksiyalar Rusiya Prezidenti Vladimir Putinə şamil edilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti