...

İsveçrə Ukraynadakı vəziyyətlə əlaqədar ATƏT Daimi Şurasının xüsusi iclasını çağırır

Dünya xəbərləri Materials 28 Aprel 2014 14:33 (UTC +04:00)
Hazırda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edən İsveçrə qurumun Daimi Şurasının növbəti xüsusi iclasının çağırıldığını elan edib.
İsveçrə Ukraynadakı vəziyyətlə əlaqədar ATƏT Daimi Şurasının xüsusi iclasını çağırır

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Hazırda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edən İsveçrə qurumun Daimi Şurasının növbəti xüsusi iclasının çağırıldığını elan edib. İclasın əsas mövzuları Ukraynadakı vəziyyət və ölkədə vəziyyətin sabitləşməsi üzrə təşkilatın fəaliyyəti olacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İTAR-TASS ATƏT yanında İsveçrə missiyasının mətbuat katibi Roland Blessə istinadən xəbər yayıb.

Şura iclasının mərkəzi mövzularından biri ehtimal ki, ötən həftənin sonunda Slavyanskda saxlanan ATƏT-in bir neçə ölkəsindən olan silahsız hərbi müşahidəçilərlərlə bağlı vəziyyət olacaq.

Onlar hərbi sahədə etibarın artırılması tədbirləri üzrə Vyana sənədinin normalarına uyğun olaraq Kiyev hakimiyyətinin dəvəti ilə Ukraynanın ərazisində idilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti