...

Yaponiya Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb

Dünya xəbərləri Materials 29 Aprel 2014 10:02 (UTC +04:00)
Yaponiya hökuməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyaları açıqlayıb. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.
Yaponiya Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Yaponiya hökuməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyaları açıqlayıb. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

Sanksiyalar Rusiya Federasiyasının rəsmi strukturlarının nümayəndələrinə və digər şəxslərə - ümumilikdə 23 nəfərə Yaponiyaya giriş üçün vizaların verilməsinin müvəqqəti dayandırılmasını nəzərdə tutur. Məlumata görə, onların siyahısı daha sonra açıqlanacaq.

Qeyd edək ki, Yaponiya Rusiyaya qarşı ilk sanksiyalar paketini martın 18-də tətbiq edib. Sanksiyalar paketi RF-nin Krıma qarşı münasibətilə əlaqədar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti