...

Dəməşqin mərkəzinə endirilən raket zərbəsi 12 insanın həyatına son qoyub, 50 nəfər yaralanıb

Dünya xəbərləri Materials 29 Aprel 2014 14:34 (UTC +04:00)
Dəməşqin mərkəzi rayonlarından birinin raket atəşinə məruz qalması nəticəsində ən azı 12 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.
Dəməşqin mərkəzinə endirilən raket zərbəsi 12 insanın həyatına son qoyub, 50 nəfər yaralanıb

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Dəməşqin mərkəzi rayonlarından birinin raket atəşinə məruz qalması nəticəsində ən azı 12 nəfər həlak olub, 50 nəfər isə yaralanıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Suriyanın SANA agentliyinə istinadən xəbər yayıb.

Agentlik xəbər verib ki, Əş-Şəqur rayonunu müxalifət silahlıları atəşə tutublar. Frans Press agentliyi xəbər yayır ki, raketlər bu rayonda yerləşən universitetin binasına düşüb.

Digər təfərrüatlar açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti