...

Prezident: İran vətəndaşlara pul subsidiyalarını ödəyərək aylıq 392 milyon dollar məbləğində defisitlə üzləşir

Dünya xəbərləri Materials 29 Aprel 2014 23:59 (UTC +04:00)
İran hökuməti vətəndaşlara pul subsidiyalarını ödəyərək aylıq 392 milyon ABŞ dolları məbləğində defisitlə üzləşir.
Prezident: İran vətəndaşlara pul subsidiyalarını ödəyərək aylıq 392 milyon dollar məbləğində defisitlə üzləşir

Azərbaycan, Bakı, 29 aprel / Trend, müxbir N.Umid /

İran hökuməti vətəndaşlara pul subsidiyalarını ödəyərək aylıq 392 milyon ABŞ dolları məbləğində defisitlə üzləşir. Trend İranın İRİB kanalına istinadən xəbər verir ki, bunu çərşənbə axşamı dövlət televiziyasında canlı yayımda çıxışında Prezident Həsən Ruhani deyib.

Onun sözlərinə görə, İran hökuməti pul subsidiyalarının vətəndaşlara ödənilməsi üçün ayda təxminən 1,4 milyard ABŞ dolları sərf edir: "Hökumət ölkə iqtisadiyyatına subsidiyaların mənfi təsirinin aradan qaldırılması üçün enerjidaşıyıcıların qiymətlərini artırmaq qərarına gəlib".

O, həmçinin qeyd edib ki, qiymətlər 50 faiz qalxıb, digər mallarda isə ciddi qiymət artımı olmayacaq.

Dövlət subsidiyalar sisteminin islahatlar planı xərclərin azaldılmasına yönəlib.

Martın 21-də İranda başlayan maliyyə ili üçün büdcə layihəsinin maddəsi subsidiyaların ödənilməsi məqsədilə 630 trilyon rial (rəsmi məzənnə üzrə 25,3 milyard dollar) qənaət etmək üçün qiymətlərin kəskin artımını tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti