...

KİV: Ukraynanın Donetsk vilayətində döyüş gedir, yaralılar var

Dünya xəbərləri Materials 23 May 2014 11:52 (UTC +04:00)
Ukraynanın Donetsk vilayətində Karlovka kəndi yaxınlığında gedən döyüşdə "Donbass" batalyonunun 9 döyüşçüsü yaralanıb. Bu barədə vilayətin "Donbass" könüllü ərazi müdafiə batalyonunun komandiri Semyon Semyonçenko özünün "Facebook" səhifəsində yazır.
KİV: Ukraynanın Donetsk vilayətində döyüş gedir, yaralılar var

Azərbaycan, Bakı, 23 may /Trend/

Ukraynanın Donetsk vilayətində Karlovka kəndi yaxınlığında gedən döyüşdə "Donbass" batalyonunun 9 döyüşçüsü yaralanıb. Bu barədə vilayətin "Donbass" könüllü ərazi müdafiə batalyonunun komandiri Semyon Semyonçenko özünün "Facebook" səhifəsində yazır. Trend-in məlumatına görə, xəbəri cümə günü UNİAN yayıb.

S.Semyonçenko bildirib: "Batalyona qarşı avtomatçılar, snayperlər və tank əleyhinə əl qumbaraları işləyir. Yaralılar var. Çəkilə bilmirik, ona görə ki, insanların bir qismi mühasirədədirlər. Yaxınlıqda olan hərbi hissələrdən kömək xahiş edirik".

O əlavə edib ki, "döyüş yerinə yaraqlıların BTR-i yaxınlaşır, irikalibrli pulemyotlar gətirilib, bizə qumbaralar atılır".

Komandir xəbər verir: "Krasnoarmeysk qəsəbəsinin 15 kilometrliyində 4 BTR-lə Ukraynanın ordu blok-postu yerləşir. Biz yoldaşlarımıza yaxınlaşa bilmirik, snayperlər işləyirlər".

Semyonçenko qeyd edib ki, ordu komandanlığında onun telefonla etdiyi əlavə kömək göndərilməsi ilə bağlı müraciətlərinin heç biri eşidilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti